"Marella” yeni "Hero Blazer" modelinin təqdimatı üçün model İrina Şeyki (Irina Shayk) reklam kampaniyasına cəlb edib. Kampaniya sentyabr ayında başlayacaq və yeni pencəyin müxtəlif dizaynlarını nümayiş etdirəcək.
Qaynarinfo-nun verdiyi xəbərə görə, kampaniyanın əsas qəhrəmanı olan İrina Şeyk "Marella”nın 2026-cı ilin payız mövsümü üçün hazırladığı "Hero Blazer" modelini təqdim edir. Brend bu tək düyməli pencəyə əsas məhsullarından biri kimi böyük ümid bəsləyir.
Kampaniyada model pencəyin dəqiq biçimini, yüngül konstruksiyasını və müxtəlif üslublarda istifadə imkanlarını nümayiş etdirir.
Modelin əsas fərqləndirici xüsusiyyəti çıxarıla bilən şərfdır. Eyni parçadan, ipək twill və ya ipək habotai materialından hazırlanan, həmçinin krujeva əlavələri ilə təqdim olunan şərf pencəyin üzərindən keçərək onun siluetini və hərəkətini vurğulayır.
"Hero Blazer" müxtəlif materiallarda, o cümlədən məxmər və dəridən hazırlanıb. Model qara, ağ və qəhvəyi rənglərdə, həmçinin kətan teksturalı variantlarda təqdim edilir.
İrina Şeyk daha əvvəl "Marella” ilə əməkdaşlıq edən Emili Ratajkovski (Emily Ratajkowski) və Stella Maksvellin (Stella Maxwell) yolunu davam etdirir. Hər iki model əvvəlki kampaniyalarda iştirak edib və brendlə birgə kapsul kolleksiyalar hazırlayıb.
"Marella” Max Mara Fashion Group-un müasir geyim seqmentinə yönəlmiş brendidir. Şirkətin dünya üzrə 250-dən çox müstəqil mağazası və 1 200-dən artıq çoxbrendli satış nöqtəsində məhsulları təqdim olunur. Son illərdə brend Avropa, ABŞ və Yaxın Şərqdə fəaliyyətini genişləndirib. Aprel ayında isə Londonda, 8 Marylebone High Street ünvanında ilk mağazasını açıb.
Şərhlər