Xəbər lenti

Ölkə 10:15 01.05.2022

Şirvanda yataqxanada yanğın, sakinlər təxliyə edildi

Şirvan şəhərində yataqxanada yanğın olub.

Qaynarinfo Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->