Xəbər lenti

İdman 23:22 23.03.2026

"Sevilya"nın baş məşqçisi istefaya göndərildi

İspaniyanın "Sevilya" futbol klubu baş məşqçi Matias Almeydanın istefaya göndərildiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

53 yaşlı argentinalı mütəxəssis 1996-97-ci illərdə "Sevilya"nın futbolçusu olub və komandaya 2025-ci ilin yayından rəhbərlik edirdi.

Qeyd edək ki, 29 turdan sonra "Sevilya" 31 xalla İspaniya çempionatında 15-ci yerdə qərarlaşıb.
--> -->