Xəbər lenti

İdman 21:10 14.08.2022

İslamiada: Azərbaycanın 3 qılıncoynadanı yarımfinala yüksəlib

Azərbaycanın üç qılıncoynadanı Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.

Qaynarinfo xəbər verir ki, qadın sablyaçıların fərdi yarışında Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakova yarımfinala adlayıb.

Bolşakova finala gedən yolda Türkiyə təmsilçisi İrina Şçukla görüşəcək. Kərimova ilə Kaspiaroviç isə bir-birinə rəqib olub.

Yarımfinallar Bakı vaxtı ilə 18:20-də start götürəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->