Xəbər lenti

Dünya 19:59 07.03.2024

İsrail hərbi əməliyyatları Rəfaha qədər genişləndirəcək

İsrail ordusunun Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına qarşı əməliyyatı Rəfah şəhərinə də təsir edəcək. 

Qaynarinfo xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Bu gün burada sizə açıq və aydın şəkildə demək istəyirəm ki, İDF bütün HƏMAS batalyonlarına qarşı əməliyyatları davam etdirəcək", deyə baş nazir qeyd edib.

Netanyahunun sözlərinə görə, hərbi əməliyyatlar bütün Qəzza zolağında, o cümlədən Rəfahda davam edəcək. Baş nazir şəhəri HƏMASIN son qalası adlandırıb.

Bundan əvvəl İDF Rəfah keçid məntəqəsi ərazisində İslami Cihadın mövqelərinə zərbə endirdiyini bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->