İsrail Müdafiə Qüvvələri Hizbullaha qarşı bir neçə gün davam edəcəyi gözlənilən hərbi əməliyyatlara başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Eyal Zamir açıqlama verib. O bildirib ki, Hizbullahın gecə saatlarında İsrail ərazisinə raket və pilotsuz uçuş aparatları ilə hücumlarından sonra ordu hücum əməliyyatına keçib.
"Biz Hizbullaha qarşı hücum kampaniyasına başlamışıq. Müdafiə mövqeyində deyilik, artıq hücum edirik”, – deyə Zamir vurğulayıb.
Baş Qərargah rəisi əlavə edib ki, İsrail ordusu bir neçə gün davam edə biləcək döyüşlərə hazırlaşır.
Şərhlər