Foto 12:00 11.02.2024

İsrail Qəzzada BMT qərargahı altında HƏMAS-ın yeraltı bazasını tapdı (FOTOLAR)

HƏMAS terror qruplaşması Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzzada yerləşən qərargahının birbaşa altında yeraltı məlumat mərkəzi yaradıbmış. 

Qaynarinfo xəbər verir ki, "The Times of Israel"in yazdığına görə, yeraltı kompleksi İsrail ordusunun əsgərləri aşkar ediblər.

Qeyd olunur ki, yeraltı məlumat mərkəzi özünün elektrik yarımstansiyası, sənaye akkumulyatoru təchizatı və kompüter serverlərini idarə edən HƏMAS terrorçuları üçün yaşayış yerləri ilə təchiz edilib. O, birbaşa BMT agentliyinin binasının altında qurulub - burada İsrail əvvəlcə bu cür obyektlər axtarmağı ağlına belə gətirməyib, hətta hava hücumları zamanı da.

İttihamların əsassız olmaması üçün İD jurnalistləri fevralın 8-i cümə axşamı günü bu yeraltı kompleksə baş çəkməyə dəvət edib. Bu gün "The Times of Israel” yeraltı kompleksin foto materiallarını dərc edib. Hərbçilərin müşayiəti ilə açıq tunel keçidinə daxil olan jurnalistlər öz gözləri ilə əsl yeraltı şəhərciyi görüblər.

IDF rəsmiləri hesab edir ki, HƏMAS server mərkəzindən kəşfiyyat məlumatlarının toplanması, məlumatların işlənməsi və rabitə üçün istifadə edib. 401-ci Zirehli Briqadanın komandiri, polkovnik Benni Aaronun sözlərinə görə, onun əsgərləri də birbaşa UNRWA binasında bir neçə silah anbarı tapıblar, baxmayaraq ki, BMT personalı artıq çoxdan təxliyə edilib, ona görə də silahlar sonradan ora gətirilə bilərdi.

Bununla belə, IDF bildirir ki, UNRWA-nın bəzi ofislərində "eyni ofislərin HƏMAS terrorçuları tərəfindən də istifadə edildiyini” göstərən avadanlıq və sənədlər tapıblar.

"Şübhə yoxdur ki, UNRWA əməkdaşları [HƏMAS] onların altında nəhəng tunel qazdığını bilirdilər. UNRWA HƏMAS-ı qoruyur, UNRWA yerin altında nə baş verdiyini dəqiq bilir və UNRWA HƏMAS-ın bəzi hərbi imkanlarını maliyyələşdirmək üçün büdcəsindən istifadə edir", - polkovnik Aaron deyir.

BMT-nin əsas binasında Aaron jurnalistləri UNRWA-nın HƏMAS-ın yeraltı məlumat mərkəzinin birbaşa üstündə yerləşən server otağına aparıb.
"Bəzi kabellər birləşir", o deyib və jurnalistlər HƏMAS məlumat mərkəzinin üstündə dayanarkən yerə enən kabel xəttini göstərib. İDF BMT-nin binasının HƏMAS yeraltı kompleksini də enerji ilə təmin etdiyini bildirib.

UNRWA-nın rəhbəri Filip Lazzarini artıq Twitter-də bu məlumatı cavablandırıb. Onun sözlərinə görə, agentlik guya onların qərargahının altındakı nəhəng yeraltı kompleks haqqında heç nə bilmirmiş.

"UNRWA Qəzzədəki qərargahının altında nə olduğunu bilmirdi. UNRWA heç bir hərbi və ya təhlükəsizlik təcrübəsi olmayan və onun binaları altında olan və ya ola biləcək şeylərə hərbi yoxlama aparmaq imkanı olmayan insan inkişafı və humanitar təşkilatdır", - Filip Lazzarini deyib.

Yanvarda məlum olub ki, UNRWA əməkdaşlarının keçən il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı vəhşicəsinə hücumunda əli olması ehtimalı var. Söhbət 12 agentlik əməkdaşından gedir. Şübhəlilərin konkret hansı hərəkətləri həyata keçirdikləri barədə məlumat verilmir.

BMT-nin Baş katibi Antonio Quterreş etiraf edib ki, UNRWA əməkdaşları həqiqətən də oktyabrın 7-də İsrailə hücumda iştirak ediblər. O, açıqlamasında BMT-nin Daxili Nəzarət Xidmətləri İdarəsinin araşdırmaya başladığını bildirib.

Alpər