Xəbər lenti

İsrailin İstanbul konsulluğu qarşısında atışma: Biri öldürldü, ikisi tutuldu
Dünya 14:27 07.04.2026

İsrailin İstanbul konsulluğu qarşısında atışma: Biri öldürldü, ikisi tutuldu

İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib.

Qqaynarinfo "Haber Global"a istinadən xəbər verir ki, insident zamanı bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. hazırda onların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bundan başqa, iki polis əməkdaşı da hadisə zamanı yaralanıb.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşları cəlb edilib.

Silahlı insidentlə bağlı istintaq başlanılıb. Bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial media hesabında yazıb.

Onun sözlərinə görə, istintaq çərçivəsində baş prokurorun müavini və iki rayon prokuroru hadisə yerinə ezam olunub:

"Onlar hadisə yerinə gedərək araşdırmalara başlayıb. Hadisənin bütün aspektləri ilə aydınlaşdırılması məqsədilə hüquq-mühafizə qurumları birgə işləri davam etdirir, istintaq diqqətlə və hərtərəfli şəkildə aparılır".
--> -->