Xəbər lenti

İstanbul derbisini
phrase_var_qaynar. 23:17 02.11.2025

İstanbul derbisini "Fənərbağça" qazandı

Türkiyə Super Liqasının 11-ci turu İstanbul derbisi ilə əlamətdar olub.

Qaynarinfo xəbər verir ki, "Beşiktaş" doğma azarkeşləri önündə "Fənərbağça"nı qəbul edib.

Meydan sahibləri görüşə uğurla başlayıb və artıq ilk hissənin birinci yarısında iki qol vurmağı bacarıblar.

Lakin 26-cı dəqiqədən etibarən komanda azlıqda qalıb ki, bu da oyunun axarını dəyişib. Qırmızı karta görə hakimə sərt etiraz edən "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın da meydandan qovulub.

Məhz bundan sonra say üstünlüyündən yararlanan "Fənər" üç qol vuraraq geridönüş edib və qarşılaşmanı öz xeyrinə başa vurub - 2:3.

Hazırda "sari-lacivərdlər" 25 xalla turnir cədvəlində 2-ci, "qartallar" isə 17 xalla 6-cı yerdədirlər. Turnir cədvəlinə 29 xalla "Qalatasaray" başçılıq edir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->