Antarktidanın ətrafındakı nəhəng buz kütlələri bu regiona daxil olan isti sular tərəfindən tədricən yuyulub əridilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "earth.com” saytının məlumat yaydığı yeni araşdırmada deyilir.
Alimlərin sözlərinə görə, isti su indiyədək onun üçün əlçatmaz olan şelf buzlaqlarına yol tapıb. Belə "isti” nöqtələrdən biri Amundsen dənizində yerləşən "Dotson” şelf buzlağıdır. Burada buz kütlələrinin sürətlə azalması ətraf və buzun altındakı okean sularının temperaturunun artması ilə birbaşa əlaqələndirilir.
Şərqi İngiltərə Universitetinin alimlərindən ibarət komanda "Dotson” şelf buzlağının altına — buz səthinin altındakı boşluğa — avtonom sualtı aparat göndərib. Robot dəniz dibi boyunca 100 kilometrdən çox məsafə qət edərək həyati əhəmiyyətli məlumatlar toplayıb. Məhz bu məlumatlar şelf buzlaqlarının altdan əridiyini və getdikcə nazildiyini deməyə əsas verib.
Tədqiqatçıların məlumatına görə, naməlum səbəbdən isti su buzlaqların yerləşdiyi əraziyə daxil olduqda soyuq su ilə qarışmır, əksinə, soyuq su qatları arasında bütöv axın şəklində üfüqi istiqamətdə hərəkət edərək buzlağa qədər çatır.
Toplanan məlumatlar alimlər tərəfindən Antarktida regionunda gələcək buz itkisini və bunun nəticəsi olaraq qlobal dəniz səviyyəsinin yüksəlməsini modelləşdirmək üçün istifadə olunacaq. Tədqiqatın tam mətni "Ocean Sciences” jurnalında dərc edilib.
Aydın
Şərhlər