Xəbər lenti

İsveç
Dünya 16:47 06.02.2024

İsveç "Şimal axını" partlayışları ilə bağlı istintaqı dayandırmaq istəyir - Alman mediası

İsveç prokurorluğu yaxın günlərdə "Şimal axını”nda baş verən partlayışlarla bağlı istintaqın dayandırıldığını elan edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Suddeutsche Zeitung” nəşrləri öz araşdırmalarının nəticələrinə istinadən yazırlar. 

Nəşrlərin yazdığına görə, İsveç təhlükəsizlik qüvvələri araşdırma zamanı qaz kəmərlərini partlatmaqda şübhəli bilinən şəxslərin kimliyini müəyyən edə bilməyib.
 
Qeyd olunur ki, "Şimal axını”nda partlayışı araşdıran qrupa rəhbərlik edən prokuror Mats Lyunqvist istintaq hərəkətlərinin başa çatması ilə bağlı açıqlama verməyə hazırlaşır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->