Xəbər lenti

İsveç Ukraynaya ən böyük hərbi yardım paketini verəcək
Dünya 14:46 20.02.2024

İsveç Ukraynaya ən böyük hərbi yardım paketini verəcək

İsveç hökuməti Ukraynaya 7,1 milyard İsveç kronu (630 milyon avro) dəyərində hərbi yardım paketini təqdim edəcək. Bu, indiyənədək İsveç tərəfindən təqdim olunan ən böyük yardım paketidir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” SVT-yə istinadən məlumat yayıb.

Ümumi dəyəri 7,1 milyard kroon olan bu paket artıq İsveçin Ukraynaya göndərdiyi 15-ci yardım paketidir.

"İstənilən halda, söhbət insanlıq və ədəbdən gedir", - Müdafiə naziri Pol Yonson mətbuat konfransında bildirib. 

Bu yardım paketinə aşağıdakılar daxildir:

10 ədəd "Stridsbåt 90” desant-hücum qayığı;
20 ədəd desant qayığı;
minalar və torpedalar kimi sualtı silahlar;
"Robot 70” kimi bir sıra zenit sistemləri;
TOW tank əleyhinə raketlər;
qumbaraatanlar sursatlarla birlikdə;
artilleriya sursatları;
əl qumbaraları;
"Karl Qustav" qumbaraatanları;
tibbi avadanlıq;
təcili yardım maşınları.

1 milyard kron müxtəlif fondlar vasitəsilə hərbi texnikanın alınmasına, daha bir milyardı isə Ukrayna üçün yeni "Stridsfordon 90” döyüş maşınlarının sifarişinə yönəldiləcək.

Ukraynalılar üçün müxtəlif təhsil təşəbbüslərinə 400 milyon kroon ayrılacaq.

Pol Yonsonun sözlərinə görə, yeni yardım paketi xüsusi olaraq Ukraynanın ehtiyaclarını ödəmək üçün hazırlanıb.

İsveçin artıq Ukraynaya göndərdiyi əvvəlki dəstək paketləri ilə birlikdə ölkə ümumilikdə 30 milyard İsveç kronundan bir qədər çox vəsait xərcləyib. 
Xatırladaq ki, xarici işlər naziri Dmitri Kuleba fevralın 19-da Brüsseldə keçirilən görüş zamanı Avropa İttifaqının xarici işlər nazirliklərinin rəhbərlərinə müraciət edərək, onları Ukraynaya artilleriya mərmilərinin çatdırılmasını təcili şəkildə asanlaşdırmağa çağırıb.

Münhen Təhlükəsizlik Konfransında Danimarkanın baş naziri isə Avropanı Ukraynaya silah tədarükündə istehsal problemlərinin arxasında gizlənməməyə çağırıb.

Nizami Bağırov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->