Xəbər lenti

AFFA-nın millimizə gətirmək istədiyi futbolçu Rusiya yığmasında
İdman 11:32 29.10.2025

AFFA-nın millimizə gətirmək istədiyi futbolçu Rusiya yığmasında

AFFA-nın Azərbaycan milli komandasına cəlb etmək istədiyi Moskva "Dinamo"sunun yarımmüdafiəçisi Ülvi Babayev Rusiyanın gənclərdən ibarət yığmasına çağırılıb.

Qaynarinfo xəbər verir ki, o, Rusiya yığması İran, Qırğızıstan və Bəhreynin U-23 komandaları ilə qarşılaşmalara dəvət alıb. Oyunlar noyabrın müvafiq olaraq 12-də, 15-də və 18-də keçirləcək.

Qeyd edək ki, əslən azərbaycanlı olan 21 yaşlı vinger "Dinamo"nun yetirməsidir. Ülvi Babayev "Dinamo"nun Rusiya Kubokunda "Krilya Sovetov"la keçirdiyi matçda het-trik edib. O, daha əvvəl Rusiyanın U-15 və U-16 millilərində ümumilikdə 9 oyun keçirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->