Bakıdakı qəzada ölən tanınmış müğənni imiş (VİDEO)
Xəbər verdiyimiz kimi, ötən gecə 2002-ci təvəllüdlü S.Mehdizadə "Hyundai Elantra" markalı avtomobillə Dövlət Bayrağı Meydanının yaxınlığında yolu keçən 1988-ci il təvəllüdlü piyada Axundova Vlada Vladislavovnanı vuraraq ölümünə səbəb olub.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, faciəvi şəkildə ölən 37 yaşlı Vlada tanınmış müğənnidir.
O, bir sıra musiqi müsabiqələrində, eləcə də "Səs Azərbaycan" yarışmasında iştirak edibmiş.
Qeyd edək ki, faktla bağlı Səbail RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər