Xəbər lenti

Dünya 22:22 17.02.2024

İtaliya Rusiya qazı üçün hələ də əvəzləyici tapa bilməyib

İtaliya hələ də Rusiya qazını tam kompensasiya edə bilməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın "Eni" enerji şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi "La Stampa" qəzetinə müsahibəsində deyib.

"Lakin daha az istehlak və təəssüf ki, kömürdən daha çox istifadə etdiyimiz üçün idxal etdiklərimiz kifayət qədərdir", deyə direktor bildirib.

Deskalzi qeyd edib ki, ölkə daxilində hasilatı artırmaq kifayət qədər çətindir. Bu, vaxt və əhəmiyyətli investisiyalar tələb edir.

O hesab edir ki, yaxın gələcəkdə qazın qiymətinin dinamikası daha çox Çindən asılı olacaq. Deskalzi Çinin enerji istehlakını artıracağı təqdirdə qiymətlərin artacağını proqnozlaşdırır: "Ancaq indi ölkə çox istehlak etmir".

2022-ci ilə qədər İtaliyanın qaz idxalında Rusiyanın payı təxminən 40% təşkil edirdi. Ölkə Rusiya Federasiyasından illik təxminən 29 milyard kubmetr qaz alıb. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->