Xəbər lenti

İtkin model Epşteynin qurbanı olub?
Dünya 19:06 12.06.2026

İtkin model Epşteynin qurbanı olub?

Alman "Der Spiegel" jurnalının məlumatına görə, 11 ildir itkin düşmüş alman model Mişelenin adı 2019-cu ildə ABŞ-də həbsxanada ölmüş seksual istismar və insan alveri ittihamlı Cefri Epşteynin məhkəmə işləri ilə bağlı sənədlərdə keçib.

Qaynarinfo xəbər verir ki, bu fakt ailənin Mişelenin taleyi ilə bağlı narahatlığını daha da artırıb. 2015-ci ildə, 22 yaşında olarkən ailə evini tərk edən Mişelenin model kəşfçisi kimi tanınan Daniel Siad ilə əlaqədə olduğu bildirilir.

Öldürülüb?

Fransada Epşteynə insan alveri işində kömək etmək ittihamı ilə araşdırılan Daniel Siadın Epşteynə Mişelenin fotoşəkillərini göndərərək "Onu bəyənəcəksən” məzmunlu mesaj yazdığı iddia olunur. Lakin Epşteynin köməkçiləri həmin modeli heç vaxt görmədiklərini bildiriblər. Siad isə jurnalistlərin suallarına cavab verməyib.

Mişelenin anası qızının öldürülmüş ola biləcəyini düşünür. Bəzi iddialarda Epşteynə aid olduğu deyilən mülklərdə insan cəsədlərinin basdırıldığı da irəli sürülür, lakin bu iddialar təsdiqlənmiş fakt deyil.

"Şantaj edirdi”

Məqalədə həmçinin "Microsoft"un qurucusu Bill Qeytsin 2019-cu ildə ABŞ Konqresində Epşteynlə əlaqələri barədə ifadə verdiyi xatırladılır. Qeyts Epşteynin şəxsi həyatına dair məlumatlardan istifadə edərək onu şantaj etdiyini iddia edib.

Onun sözlərinə görə, Epşteyn bu məlumatları onun ailə həyatına təsir etmək üçün istifadə etməyə çalışıb. Bu iddiaların ardından Melinda Qeyts 2021-ci ildə Bill Qeytsdən boşanıb.

Qeyd edək ki, bu məlumatlar mediada yayılan iddialara əsaslanır və hələlik rəsmi şəkildə təsdiqlənmiş faktlar kimi qəbul edilmir.

Aydın
--> -->