20 gündür xəstəxanada həyat mübarizəsi verir: olaylı yarışmanın həqiqi qurbanı — kainat gözəli olmaq istəyərkən həyatı kabusa döndü
Dünyanın dörd bir yanından gənc qızların iştirak etdiyi "Kainat Gözəli" yarışması bu il yaddaşlarda yalnız xoş xatirələrlə deyil, həm də qalmaqallar və kədərli hadisələrlə qalacaq. Daha seçim turlarından əvvəl yaranan mübahisələr, danlanan iştirakçılar, gözyaşları... Qısacası yarışmanın üzərinə çökmüş qaranlıq kölgələr...
Qaynarinfo xəbər verir ki, bu ilki mübahisələr ilk olaraq təşkilatın aparıcısı Nuvat İtsaraqrisilin Meksika təmsilçisi Fatima Boşu danlaması ilə başlayıb. Daha sonra aparıcı vəzifədən uzaqlaşdırılıb, ardınca bir neçə münsif heyəti üzvü istefa verib. Fatima Boşun "Kainat Gözəli" tacını taxmasından sonra isə iddialar daha da böyüyüb. Onun atasının "Miss Universe” rəhbərliyi ilə iş ortağı olduğu irəli sürülüb, bir münsif "Fatimaya səs verməyim üçün mənə təzyiq edildi” deyərək vəzifədən gedib.
Nəticədə tac Meksika gözəli Fatima Boşa verilsə də, yarışmanın üzərindəki qalmaqal kölgələri uzun müddət yadda qalacaq.
Fatima Boş
Olaylı yarışmanın həqiqi qurbanı
Bütün bunların kölgəsində bəlkə də kifayət qədər diqqət çəkməyən dəhşətli bir hadisə baş verib. Yarışmada yer almaq üçün böyük səy göstərən Yamayka təmsilçisi Qabrielle Henri ön seçim mərhələsində gecə libası ilə səhnədə yürüyərkən fərqinə varmadığı hündür bir boşluqdan aşağı düşüb.
Düşdüyü anda onun "Kainat Gözəli” olmaq arzusu da alt-üst olub. Ölkəsində həkim kimi çalışan Qabrielle Henri dərhal xəstəxanaya aparılıb və bir müddət reanimasiya şöbəsində müalicə olunub.
Qabrielle Henri Yamaykada göz həkimidir
Yamayka oftalmoloqu və "Kainat Gözəli" müsabiqəsinin nümayəndəsi Qabriel Henri, axşam paltarında gəzərkən səhnədən yıxıldıqdan sonra 19 noyabrdan bəri xəstəxanaya yerləşdirilib.
Onun son durumu barədə məlumat yarışmanın təşkilat komitəsi tərəfindən açıqlanıb. 19 noyabrda səhnədə yüksək bir boşluqdan yıxılan Qabrielle Henri artıq 20 gündür xəstəxanada həyat uğrunda mübarizə aparır.
Hələ tam sağalmayıb
Açıqlamada bildirilib ki, Henri yıxıldıqdan sonra huşunu itirib, kəllədaxili qanaxma keçirib, bir neçə sümüyü qırılıb və üzündən xəsarətlər alıb. O hazırda Banqkokda reanimasiyada saxlanılır və 24 saatlıq nevroloji nəzarətə ehtiyac duyur. Sağlıq durumu icazə verdikdə Yamaykaya qaytarılacaq və müalicəsi orada davam edəcək.
Qabrielle Henri
Anası və bacısı yanına gətirildi
"Miss Universe” rəsmiləri bildirib ki, Qabrielle Henrinin anası və bacısı da Taylanda gətirilib. Həm onların yaşayış xərcləri, həm də Henrinin xəstəxana xərcləri yarışma komitəsi tərəfindən qarşılanır. Yarışma rəhbərliyi həmçinin Henrinin Yamaykada davam edəcək müalicəsinin bütün xərcini də üzərinə götürdüyünü açıqlayıb.
Hadisədən sonra Haiti təmsilçisi Sapini də açıqlama verərək bir sıra suallar səbəb olub. O deyib ki, Henri yıxıldıqdan dərhal sonra keçirilən toplantıda bir yarışma işçisi hadisənin "tamamilə Henrinin öz səhvi” olduğunu bildirib və gənc qızın daha diqqətli olması lazım gəldiyini deyib. Başqa bir rəsmidən də oxşar açıqlama gəlib: "O, qarşısına baxmadığı üçün yıxıldı”.
Bu açıqlamalar isə hadisənin ardınca böyük narazılıq yaradıb.
Aydın
Şərhlər