Maqazin 15:58 21.05.2023

Kaliforniyadakı ən bahalı evi satın aldılar (FOTOLAR)

2008-ci ildən evli olan və musiqi dünyasının ən zəngin cütlüklərindən biri hesab edilən müğənni Beyons və reper Jay-Z ABŞ-ın Kaliforniya ştatında ən bahalı evin sahib olub.

Qaynarinfi xəbər verir ki, Blue, Rumi və Sir adlı üç övladı olan cütlük Los-Anceles şəhərində yerləşən Malibuda malikanə alıblar. Evin qiymətinin 200 milyon dollar olduğu bildirilir.

Cütlüyün 2,790 kvadrat metrlik yeni malikanəsi Malibudakı "Cənnət Körfəzi" adlı çimərliyin yaxınlığında yerləşir. Sakit okeana baxan evin layihəsi dünya şöhrətli yapon memarı Tadao Ando tərəfindən hazırlanıb. Prestijli Pritzker Memarlıq Mükafatının laureatı Tadao Ando Kanye Uestin Malibudakı 57 milyon dollarlıq evinin dizaynını da hazırlayıb.

Müğəəni və reperin yeni evinin ilk olaraq 295 milyon dollara satışa çıxarıldığı deyilir. 

Kaliforniyada daşınmaz əmlak üzrə əvvəlki rekord "Netscape" kompüter şirkətinin yaradıcısı Mark Andreessenə məxsus idi. Proqram təminatı istehsalçısı 2021-ci ildə Malibudakı evini 177 milyon dollara almışdı.

Beyons və Jay-Z də 2017-ci ildə Los-Ancelesdə Bel-Airdəki evlərini 88 milyon dollara alıblar. Evin hazırda dəyərinin 100 milyon dolları ötdüyü bildirilir.

Qeyd edək ki, Beyondan üç övladı olan Jay-Z "Forbes" jurnalının 2023-cü ilin ən zəngin adamları siyahısında yer alıb. Məşhur reper sərvətini 78 faiz artıraraq, 1,4 milyard dollardan 2,5 milyard dollara yüksəldib.

Aydın