Xəbər lenti

Kallas NATO-nun yeni baş katibi olmaq istəyir
Dünya 13:37 15.11.2023

Kallas NATO-nun yeni baş katibi olmaq istəyir

Estoniyanın Baş naziri Kaya Kallas NATO-nun baş katibi təyin olunmağa razı ola bilər.
 
Qaynarinfo xəbər verir ki, o, bunu Politico-nun təşkil etdiyi müdafiə forumunda deyib.
 
Müzakirə zamanı Kallasdan Yens Stoltenberq vəzifəsindən getdikdən sonra NATO-nun növbəti baş katibliyinə namizəd kimi qəbul edilib-edilməməsi soruşulub. Kallas əvvəlcə sualdan yayınmaq istəyib, lakin sonra o, daha konkret cavab verib.

"Bu yaxınlarda bir zarafat eşitdim ki, "növbəti baş katib NATO-nun yeni  üzvü olan ölkədən olmalıdır, yəni, NATO-da 20 il olan ölkədən, bu, mütləq ÜDM-in 2%-ni xərcləyən ölkədən olmalıdır və qadın olsa yaxşı olar. Ona görə də bunun Mark Rutte olması məntiqlidir”, - Kallas bildirib.

Namizədliyinə baxılmasını istəyib-istəmədiyini birbaşa soruşduqda, Kallas müsbət cavab verib. 

Xatırladaq ki, Stoltenberqin yerinə namizəd olmağa ən çox ehtimal olunan namizədlər Niderlandın seçkilərdən sonra vəzifəsini tərk edəcək Baş naziri Mark Rütte və səlahiyyət müddəti də başa çatmaqda olan Avropa Komissiyasının sədri Ursula fon der Lyayendir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->