Xəbər lenti

Ölkə 22:24 22.07.2025

"Kəpəz” gürcüstanlı futbolçunu transfer etdi

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz” daha bir futbolçu ilə güclənib.

Klubdan Qaynarinfo-ya bildirilib ki, gürcüstanlı Otar Aptsiauri Gəncə təmsilçisinin şərəfini qoruyacaq. 23 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayır. Onun son klubu vətənində "Dinamo" Tbilisi olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->