AMEA Ədəbiyyat İnstitutu "Yenisi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İctmai Birliyinin "İrəvan gündəliyi" layihəsi çərçivəsində hazırladığı eyniadlı kitabı 2024-cü ilin ədəbi yekunlarına dair hesabatına daxil edib.
Qaynarinfo xəbər verir ki, hesabatda bilidirlir:
"Qərbi Azərbaycana məxsus ədəbiyyatın, bu böyük ədəbi-tarixi irsin öyrənilməsi ədəbiyyatşünaslığın ciddi problemi və predmeti olsa da, əslində, onun sədlərini aşan bir mövzudur. 2022-ci ildən başlayaraq Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşdə etdiyi çıxışdan sonra bu yöndə ardıcıl və konseptual addımlar atılmaqdadır. "Yenisi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyinin növbəti layihəsi (layihənin rəhbəri Məqsəd Nur, ekspert Tehran Əlişanoğludur) kimi ərsəyə gələn"İrəvan gündəliyi" adlı qiymətli nümunə də oldu. Qeyd edim ki, klassik və müasir Azərbaycan müəlliflərinin tarixi İrəvan şəhəri, o cümlədən İrəvan xanlığı haqqında yazdığı ədəbi mətnlərin yer aldığı "İrəvan gündəliyi" kitabında ilk dəfə olaraq ədəbiyyatda İrəvan konsepti ayrıca qabardılıb, sistemli şəkildə, mərhələlər üzrə işıqlandırılıb. O da simvolikdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Qayıdış konsepsiyası"na çağırışın ruhuna uyğunlaşdırılaraq hazırlanan bu kitabın tərtibatında istifadə edilmiş bütün rəsm əsərlərinin və qrafik elementlərin müəllifi XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssamı Mirzə Qədim İrəvanidir".
Şərhlər