Xəbər lenti

Kişilər boşanmadadan sonra niyə intihara meyilli olur? - Sosioloq
Ölkə 18:44 22.07.2025

Kişilər boşanmadadan sonra niyə intihara meyilli olur? - Sosioloq

"Uzun müddət tək qalmaq insanı depresiyaya salır. Bu da intiharla nəticələnir".

Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub boşanma hallarının kişilər üçün ciddi psixoloji təhlükə yaratmasının səbəblərindən danışarkən deyib. 

Sosioloq İsveçdə insanların 35%-in evdə tək yaşadığını bildirib:

"İsveç dünyada intihar hallarına görə ilk beşinci yerdədir. Həmçinin sosial təminat baxımından da ilk beşlikdədirlər. Çünki insanların maddi baxımdan heç bir sosial problemi yoxdur. Amma intihar halları da çoxdur. Niyə? Bu birbaşa insanın tənhalığı ilə əlaqəlidir. Tənhalıq və özünəqapanma... İnsan uzun müddət epizodik tənha qala bilər. Günün bir saatını tənha otağı çəkilsin, fikirləşsin, kitab oxusun, musiqi dinləsin".
 


Mail Yaqub hesab edir ki, insan fiziki olaraq tək qalmamalıdır:

"Bu insanı depresiyaya salır. İnsan daima ünsiyyətdə, mütləq təmasda, dialoqda olmalıdır. Fiziki görüşlərdə iştirak etməlidir. Virtual söhbətlər fiziki görüşlərin yerini vermir. Tənhalığını öz də insana ciddi problemdir. Bu insanlarda psixoloji problem yaradır. İnsanın əsl varlığı ünsiyyətlə yoğrulub. Onlar ünsiyyətdə olarkən əsl insan olurlar".

Qeyd edək ki, Avstraliyanın Melburn Universitetinin apardığı tədqiqata görə, boşanma halları kişilər üçün ciddi psixoloji təhlükə yaradır. Onların qənaətinə görə, boşanma halları 35 yaşından sonra kişilərdə intihar ehtimalını evli kişilərlə müqayisədə təxminən 5 dəfə artırır.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->