Son mövsümü ikinci pillədə başa vuran "Zirə” futbolçusu Salifu Sumanı başqa kluba satıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 21 yaşlı hücumçu İsveçin "Malmö” klubuna transfer olunub.
Bu keçid üçün İsveç təmsilçisi Azərbaycan klubuna 1,3 milyon avro ödəyib. Bu, "Zirə”nin tarixində rekord transfer məbləğidir.
Qeyd edək ki, Salifu Suma demək olar ki, peşəkar karyerasına "Zirə”də başlayıb. Futbolçu Azərbaycan təmsilçisinə keçənə qədər peşəkar futbolçu kimi cəmi 12 dəqiqə meydanda olub. Onu Rəşad Sadıqovun tapıntısı adlandırırdılar.
Şərhlər