Xəbər lenti

İdman 11:00 19.12.2023

KİV: "Borussiya"nın futbolçuları baş məşqçidən rəhbərliyə şikayət edib

Bundesliqa təmsilçisi "Borussiya"nın (Dortmund) bəzi aparıcı futbolçularının baş məşqçi Edin Terziçdən şikayət etdiyi iddia olunub. 

Qaynarinfo-nun məlumatına görə, Çempionlar Liqasında "Ölüm qrupu" kimi dəyərləndirilən qrupda yer alan Bundesliqa nəhəngi ölkə çempionatında istədiyi nəticəni əldə edə bilmir. 

Almaniya mətbuatında yazılan xəbərlərə Dortmund klubunun aparıcı futbolçuları baş direktoru Hans-Yoahim Vatskeyə komandanın xeyri üçün baş məşqçi Edin Terziç ilə davam etməməyi məsləhət görüb. Həmçinin bildirilib ki, Hans-Yoahim Vatske Edin Terziçlə yollarını ayıracağı təqdirdə boş qalan posta ilk namizəd Oliver Qlasner olacaq.

2022-ci ildən Dortmund "Borussiya"sına rəhbərlik edən Terziç 70 oyun keçirib. Bu görüşlərdə 40 qələbə qazanan, 15 heç-heçə edən komanda 15 dəfə məğlubiyyətlə üzləşib. Komanda hər matçda orta hesabla 1,93 xal qazanıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->