İlon Maskın onlayn ensiklopediyası "Grokipedia" şübhəli reputasiyaya malik mənbələrdən - o cümlədən ekstremist və konspiroloji saytlarından - istifadə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Metro" yazıb.
Araşdırmaya görə, platforma neonasist mənbəyə 42 dəfə, konspiroloji sayta 34 dəfə, ağdərili millətçilərə aid resursa isə 107 dəfə istinad edib.
Qeyd olunur ki, bu cür istinadlar "Grokipedia"dakı bütün mənbələrin yalnız kiçik bir hissəsini təşkil etsə də, onların mövcudluğu diqqət çəkir. Çünki "Wikipedia" bu tip saytları etibarlı hesab etmir və onları məlumat mənbəyi kimi qəbul etmir.
Araşdırmanın həmmüəllifi, "Wikimedia Foundation"ın məxfilik üzrə sabiq baş mühəndisi Xarold Tridmanın sözlərinə görə, "Grokipedia"da məlumatın doğruluğunun yoxlanmasına imkan verən "məhdudlaşdırıcı" mexanizmlər yoxdur. Ümumilikdə 12 522 aşağı keyfiyyətli mənbəyə istinad aşkar edilib.
Bildirilib ki, platformadakı materiallara nəzarəti Maskın şirkəti "xAI" həyata keçirir. Dəyişikliklərin təsdiqi prosesi tam şəffaf olmasa da, şirkət iddia edir ki, yoxlamaya "Grok" çat-botu da qoşula bilər. Analiz göstərib ki, "Grokipedia" məqalələrində klassik terminlər əvəzlənir - məsələn, "ağdərili millətçi” ifadəsi "Avropa mənşəli xalqların təşviqi” kimi təqdim olunur.
Yayımlandığı ana olan məlumata görə, "Grokipedia"da 880 mindən çox məqalə var. "Metro"nun sorğusuna cavab olaraq "xAI" avtomatik "Legacy Media Lies” mesajı göndərib.
Aydın
Şərhlər