Quba ASAN Xidmət Mərkəzinin inzibati binasında səs-küy salan şəxs inzibati qaydada cəzalandırılıb.
Qaynarinfo-nun məlumatına görə, 1990-cı il təvəllüdlü D.F. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə protokol tərtib olunub.
İşə məhkəmədə hüquqi qiymət verilib. Məlum olub ki, D.F. Quba ASAN Xidmət Mərkəzinin binasında olarkən, anasının xəstə olması səbəbilə telefon danışığı zamanı əsəblərini cilovlaya bilməyib və ucadan nalayiq ifadələr işlədib.
O, məhkəmədə törətdiyi əməldən peşman olduğunu bildirib və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməməsini xahiş edib.
Məhkəmənin qərarı ilə D.F. 75 manat məbləğində cərimə olunub və məhkəmə iclas zalından sərbəst buraxılıb.
Aydın
Şərhlər