Xəbər lenti

Konfrans Liqası: Azərbaycanlı futbolçu İrəvanda Ermənistan komandasına qarşı oynadı
İdman 21:56 13.07.2023

Konfrans Liqası: Azərbaycanlı futbolçu İrəvanda Ermənistan komandasına qarşı oynadı

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniyanın "Eqnatiya" klubu UEFA Konfrans Liqasının I təsnifat mərhələsində ilk görüşünü keçirib.

"Report"un məlumatına görə, komanda Ermənistanda "Ararat-Armenia"nın qonağı olub.

İrəvandakı görüş 1:1 hesabı ilə başa çatıb.

Vüsal İsgəndərli 59-cu dəqiqədə meydana çıxıb. 28 yaşlı yarımmüdafiəçi Gutis Paulauskası əvəzləyib.

Qeyd edək ki, tərəflər arasındakı cavab qarşılaşması bir həftə sonra Albaniyada olacaq.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->