ABŞ-ın Nyu Meksiko ştatında yerləşən Karlsbad mağaraları milyonlarla il əvvəl əhəngdaşını əridən sulfat turşusu nəticəsində yaranmış və yeraltı heyrətamiz bir dünya təqdim edir. Bu mağaralar yalnız vizual təbii gözəllik deyil, eyni zamanda elm dünyasında əhəmiyyətli kəşflərə ev sahibliyi edir.
Qaynarinfo xəbər verir ki, mağaraların dərinliklərində işıq enerjisini bioloji enerjiyə çevirən mikroorqanizmlər aşkar edilib. Alabama Universitetindən mağara biologu Hazel Barton rəhbərliyindəki komanda bu mikroskopik canlıları taparkən göstərib ki, həyat yalnız günəş işığına bağlı deyil, qaranlıq və ekstremal şəraitdə də mövcud ola bilər. Bu kəşf, kainatın digər qaranlıq guşələrində də əvvəllər mümkün olmadığı düşünülən həyat formalarının mövcud ola biləcəyini göstərir.
Qaranlıqda fotosintez edə bilən bu mikroblar, həyatın daha əvvəl qeyri-mümkün hesab olunan yerlərdə də var ola biləcəyinə işarə edir. Geologiya üzrə professor Barton qeyd edir: "Divarın rəngi parlaq yaşıl idi. Görülə biləcək ən parlaq yaşıl, amma mikroblar tamamilə qaranlıqda yaşayırdılar"
Çihuahua səhrasının dərin qayalı kanyonlarının altında 119 mağaradan ibarət bir şəbəkə yerləşir. Karlsbad Mağaraları Milli Parkındakı bu mağaralar dörd ilə 11 milyon il əvvəl sulfat turşusunun kireçdaşını əridiyi nəticəsində yaranıb. Parkın ən diqqətçəkən xüsusiyyəti təxminən 1.200 metr uzunluğunda və 200 metr enində olan, tavandan sarkıtlarla bəzədilmiş devasa Karlsbad mağarasıdır.
Hər il təxminən 350.000 ziyarətçi Karlsbad mağarasını görməyə gəlir, lakin əksəriyyəti bu mağaranın son on ilin ən mühüm elmi kəşflərindən birinə ev sahibliyi etdiyini bilmir.
Aydın
Şərhlər