Krımdan olan kəşfiyyat taboru tam tərkibdə çox böyük itkilərə görə Ukraynadakı müharibədə iştirakdan imtina edib.
Qaynarinfo xəbər verir ki, bu barədə ASTRA-ya hərbçilərin yaxınları məlumat verib və hərbi qulluqçuları döyüşməkdən imtina edən tabor komandirinə şiddətli töhmət verilməsi barədə bölmə komandirinin əmrini
təqdim edib.
Yaxınlarının sözlərinə görə, söhbət 67606 saylı hərbi hissənin (Krım) 127-ci kəşfiyyat briqadasının kəşfiyyat taborundan gedir.
Əsgərlərin yaxınlarının sözlərinə görə, imtinadan sonra tabor hələ də Ukrayna ərazisindədir.
"Ona görə imtina etdilər ki, böyük itkilər var. Onlar əbəs yerə ölmək istəmirlər”, deyə imtina raportunu imzalayan hərbçinin yaxınlarından biri bildirib.
Nizami Bağırov
Şərhlər