Ölkə 11:15 16.07.2023

Kürün səviyyəsi düşdü, Mingəçevirdən buraxılan suyun həcmi artırıldı

Kür çayının aşağı axımını qidalandıran ölkədaxili çaylarda suyun həcmi azalıb. Bu da Kür çayının aşağı axımında suyun səviyyəsinə təsir edib. Bunu nəzərə alaraq Mingəçevir su anbarından buraxılan suyun həcmi saniyədə 80 km3 artırılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, yaxın bir neçə gün ərzində vəziyyət yenidən sabitləşəcək.

Qeyd edilib ki, Mingəçevir su anbarında kifayət qədər su ehtiyatları toplanılıb.