Xəbər lenti

Lisey və gimnaziyalara qəbul imtahanının vaxtı açıqlandı - TARİXLƏR
Ölkə 14:48 05.06.2025

Lisey və gimnaziyalara qəbul imtahanının vaxtı açıqlandı - TARİXLƏR

Mərkəzi imtahanla şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesi  5 iyun saat 15:00-dan etibarən başlayır. Qeydiyyat 20 iyun tarixinə qədər davam edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, qeydiyyat prosesi yalnız Şagirdlərin Elektron Yerdəyişmə Portalı – //sy.edu.az vasitəsilə aparılacaq.

Valideyn və ya qanuni nümayəndə portal üzərindən müvafiq seçimləri edərək qeydiyyat prosesini elektron qaydada tamamlaya bilər.

Əlavə məlumat və texniki dəstək üçün //sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq "Əks əlaqə” bölməsindən "Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilərsiniz.

Qəbul prosesi həyata keçirilən müəssisələr ilə tanış ola bilərsiniz:

1. Bakı şəhəri, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziya;

2. Bakı şəhəri, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;

3. Bakı şəhəri, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;

4. Bakı şəhəri, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;

5. Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

6. Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi;

7. Bakı şəhəri, 16 nömrəli texniki-humanitar lisey;

8. Bakı şəhəri, 2 nömrəli texniki-humanitar lisey;

9. Bakı şəhəri, 147 nömrəli texniki-humanitar lisey;

10. Bakı şəhəri, Texniki humanitar lisey;

11. Bakı şəhəri, 291 nömrəli "Ekologiya” liseyi;

12. Bakı şəhəri, Rəqəmsal biliklər liseyi;

13. Bakı Şəhəri, Akademik Z.Əliyeva adina lisey;

14. Sumqayıt şəhər, Humanitar və təbiət-riyaziyyat təmayüllü İstedad liseyi;

15. Sumqayıt şəhər, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;

16. Sumqayıt şəhər, "Təfəkkür” liseyi;

17. Sumqayıt şəhər, Təbiət elmləri təmayüllü gimnaziya;

18. Qobustan şəhər, 2 nömrəli tam orta məktəb;

19. Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına 8 nömrəli lisey;

20. İsmayıllı şəhəri internat tipli Talıstan liseyi;

21. Quba şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

22. Naxçıvan şəhər, Qızlar liseyi;

23. Şamaxı şəhər, texniki, humanitar və təbiət təmayüllü lisey;

24. Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

25. Gəncə şəhər, Xarici dillər təmayüllü gimnaziya;

26. Şəki şəhəri, Kimya-biologiya təmayüllü lisey;

27. Şəmkir şəhər, Kimya-biologiya təmayüllü lisey;

28. Şirvan şəhər, Kimya-biologiya təmayüllü lisey;

29. Ağdaş şəhər, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;

30. Biləsuvar şəhər, texniki fənlər təmayüllü məktəb-lisey;

31. Ağstafa şəhər, Texniki-humanitar təmayüllü lisey;

32. Oğuz şəhəri, E.Abdullayev adına 2 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;

33. Mingəçevir şəhəri, S.Vurğun adına 16 nömrəli tam orta məktəb;

34. Lənkəran şəhəri, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;

35. Masallı şəhər, ‘Dəfinə’ məktəb-liseyi;

36. Beyləqan şəhər, Humanitar fənnlər təmayüllü lisey;

37. Şərur şəhər, Fizika, riyaziyyat təmayüllü lisey;

38. Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey;

39. Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey.

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qəbul qaydaları ilə tanış ola bilərsiniz:

Lisey və gimnaziyalara qəbul qaydaları

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı aşağıdakı tarixlərdə həyata keçiriləcək:

25 iyun 2025-ci il – 7 və 8-ci siniflərə qəbul;

26 iyun 2025-ci il – 6-cı siniflərə qəbul;

27 iyun 2025-ci il – 5-ci siniflərə qəbul.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->