Xəbər lenti

Paşinyan  Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi
Ölkə 20:00 06.06.2025

Paşinyan Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Respublikası və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

APA xəbər verir ki, bu barədə Nikol Paşinyan rəsmi "X” hesabında paylaşım edib.

"Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh, rifah və tərəqqi arzulayıram,” – deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, N. Paşinyan ilk dəfə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->