Xəbər lenti

Ukrayna Rusiyaya qarşı yeni mürəkkəb əməliyyatlar hazırlayır -
Dünya 16:34 06.06.2025

Ukrayna Rusiyaya qarşı yeni mürəkkəb əməliyyatlar hazırlayır - "Çirkli müharibə" başlayır

Ukrayna xüsusi xidmət orqanları Rusiya əleyhinə daha mürəkkəb əməliyyatlar üzərində işləyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə The Washington Post nəşrində "Ukraynada çirkli müharibə hələ yeni başlayır” başlıqlı məqaləsində amerikalı icmalçı Deyvid İqnatyus yazıb. 

Onun kəşfiyyat mənbələrinin verdiyi məlumata görə, SBU tərəfindən həyata keçirilən "Hörümçək toru” adlı son əməliyyat bunu bir daha sübut edir. Məqalədə qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp getdikcə "sülhməramlı” rolundan uzaqlaşdığı bir vaxtda, Ukraynanın öz təhlükəsizliyini qorumaq üçün xüsusi xidmət orqanlarına daha çox ehtiyacı var.

SBU və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi genişmiqyaslı müharibə şəraitində "Sənin ardınca gəlirəm” devizi ilə fəaliyyətlərini davam etdirir. İqnatyus bu qurumları ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə müqayisə edir və aralarındakı rəqabətə oxşarlıq çəkir.

SBU-ya illərlə Rusiya agentlərinin nüfuz etməsi ilə bağlı ittihamlar irəli sürülsə də, Rusiyanın strateji aviasiyasına qarşı həyata keçirilmiş "Hörümçək toru” əməliyyatı yüksək məxfi şəkildə planlaşdırılıb və uğurla icra olunub.

İqnatyusun məlumatına görə, SBU rəhbəri Vasıl Malyuk bu əməliyyat barədə yalnız prezident Volodimir Zelenskiyə məlumat verib. Prezident administrasiyasının digər yüksəkvəzifəli üzvləri, o cümlədən Malyukun əsas müavini belə, prosesdən xəbərsiz olub.

Ekspertlər bildirirlər ki, cəbhədə artilleriya və dronlarla qanlı toqquşmalar davam etsə də, SBU-nun kəşfiyyat əməliyyatları artıq Ukraynanın sərhədlərindən kənara da çıxır. Gələcəkdə hədəflənmiş sui-qəsdlər, diversiyalar və digər ölkələrə – Ukraynaya və Rusiyaya silah tədarük edən tərəflərə qarşı gizli zərbələr bu "çirkli müharibə”nin tərkib hissəsinə çevrilə bilər.

1 iyun tarixində SBU Rusiya ərazisində misilsiz dron hücumu həyata keçirib. "Hörümçək toru” əməliyyatı çərçivəsində 100-dən çox FPV dronu Rusiya hərbi aviabazalarına zərbə endirib. Dronlar xüsusi qurulu yük maşınları ilə sərhəddən keçirilərək Rusiya ərazisinə daxil edilib.

Nəticədə Rusiyanın strateji aviasiya parkının üçdə birini təşkil edən təqribən 40 təyyarə sıradan çıxarılıb. Əməliyyat 1,5 il ərzində planlaşdırılıb və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) gözləri qarşısında həyata keçirilib.

Hərbi ekspertlərin fikrincə, bu əməliyyat dərin arxa zərbələrdə dronların istifadəsi sahəsində yeni presedent yarada bilər.

Bundan əlavə, SBU yaxın vaxtlarda artıq üçüncü dəfə Krım körpüsünə zərbə endirib. Bu dəfə dəniz dibi vasitəsilə həyata keçirilmiş unikal bir əməliyyat olub. Hazırlıq aylarla davam edib və nəticədə körpünün dayaqlarının altına təxminən 1100 kiloqram trotil ekvivalentində partlayıcı maddələr yerləşdirilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->