Xəbər lenti

Gürcüstan Ermənistandan bu məhsulun idxalını qadağan etdi
Ekonomiks 19:19 06.06.2025

Gürcüstan Ermənistandan bu məhsulun idxalını qadağan etdi

Gürcüstan zərərli həşəratlarla yoluxma səbəbindən Ermənistandan iri həcmdə çiçək dəstəsi idxalına qadağa qoyub.

"Report” xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumata görə, "Sadahlo" nəzarət-buraxılış məntəqəsində 10 min çiçəkdən ibarət yük saxlanılıb.

Fitosanitar yoxlaması zamanı müəyyən edilmiş tələblərə uyğunsuzluq aşkar edilib, bu səbəbdən yükün idxalına icazə verilməyib. Yük Ermənistana qaytarılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->