Xəbər lenti

Liviyanın paytaxtında hərbçilər arasında toqquşma - 23 ölü, 140 yaralı
Dünya 10:36 28.08.2022

Liviyanın paytaxtında hərbçilər arasında toqquşma - 23 ölü, 140 yaralı

Liviya Milli Birlik Hökumətinin Səhiyyə Nazirliyi ölkənin paytaxtı Tripolidə baş verən qarşıdurmalarda azı 23 nəfərin öldüyünü, 140 nəfərin yaralandığını açıqlayıb.

Qaynarinfo bu barədə "Aljazeera"yə istinadən xəbər verir.

Liviya Səhiyyə Nazirliyi yaydığı açıqlamada paytaxtda xəstəxana və tibb mərkəzlərinin atəşə tutulduğunu, mülki şəxslərin təcili yardım maşınları ilə təxliyyə edilməsinin qarşısının alındığını açıqlayıb. Nazirlik belə hərəkətləri "müharibə cinayəti” kimi qiymətləndirib.

Hesabatlar göstərir ki, Əl-Zaviyə, Bab Bin Gəşir və Əl-Surim məhəllələri münaqişə edən tərəflər arasında şiddətli toqquşmaların şahidi olub.

Məlumata görə, qarşıdurma Qəniva Əl-Kəklinin rəhbərlik etdiyi Liviya Prezident Şurasına bağlı "Sabitliyə Dəstək" bölməsi ilə "Heysəm Əl-Tacuri" komandanlığına bağlı 777-ci briqadanın qüvvələri arasındadır.

Bu münaqişələr Milli Birlik Hökumətinin baş naziri Əbdül Həmid Əl-Dəbibəni dəstəkləyən qruplar ilə bu ölkənin hökumətinin qurulmasına məsul olan baş nazir Fəthi Başağaya bağlı qüvvələr arasındadır.

Qeyd edilir ki, indi Liviyanın qərbində Əbdülhəmid Dəbiba və şərqində Fəthi Başağanın rəhbərliyi ilə iki ayrı hökumət var.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->