Xəbər lenti

Londondakı Azərbaycan Evinin rəhbəri vəfat etdi
Ölkə 20:44 03.07.2026

Londondakı Azərbaycan Evinin rəhbəri vəfat etdi

Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri Əli Tekin Atalar vəfat edib.

Bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Əli Tekin uzun illər ərzində Azərbaycanın Böyük Britaniyada tanıdılması və Azərbaycan icmasının birliyi istiqamətində böyük xidmətlər göstərib.

"Onun Azərbaycan və Britaniya arasında əlaqələrin inkişafına, Azərbacan - Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələr hər zaman ehtiramla xatırlanacaq”, - deyə məlumatda qeyd edilib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->