Xəbər lenti

Lordlar Palatasının 9,6 milyon funt-sterlinq dəyərindəki qapısı yoxlanılacaq
Dünya 18:18 03.07.2025

Lordlar Palatasının 9,6 milyon funt-sterlinq dəyərindəki qapısı yoxlanılacaq

Böyük Britaniya parlamentinin Hesablama Palatası Vestminster sarayının bir hissəsində yeni giriş qapısının quraşdırılması ilə bağlı araşdırma aparılması üçün rəsmi sorğu alıb. Sorğunun müəllifi parlamentin yuxarı palatasının spikeri lord Con Makfoll olub. O, qapının quraşdırılması zamanı dəyərinin nə üçün 60% artaraq 9,6 milyon funt-sterlinqə çatdığını və bu bahalı qapının düzgün işləmədiyini izah etməyi tələb edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Qapı Vestminster sarayının köhnə saray həyəti tərəfindən Lordlar Palatası üzvləri üçün giriş hissəsində quraşdırılıb. Əvvəlcə qapının quraşdırılması üçün təxminən 6,1 milyon funt-sterlinq ayrılmışdı, lakin yekun məbləğ təqribən 10 milyon funt sterlinqə çatıb. Quraşdırıldıqdan sonra məlum olub ki, binaya bu qapı vasitəsilə daxil olmaq üçün içəridən birinin açma düyməsini basması lazımdır. Bu səbəbdən, hazırda qapının yanında mühafizəçilər növbə çəkərək üzvlərin binaya daxil olması üçün düyməni basırlar. Bu da həftəlik əlavə 2,5 min funt xərclə nəticələnir.

Lordlar Palatasının komissiyası tərəfindən aparılan ilkin araşdırma qapıdakı problemlərin istehsal, daşınma və ya quraşdırma mərhələsinin hansında yarandığını müəyyən edə bilməyib. Eyni zamanda, hansı texniki dəyişikliklərin ediləcəyi də bəlli deyil. Lord Makfoll Hesablama palatasından bu layihədə qərarların qəbul edilmə keyfiyyətini, qapının istehsalçısının seçimini, texniki xüsusiyyətlərini və digər detalların da ayrıca qiymətləndirilməsini istəyib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->