Xəbər lenti

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Ölkə 20:25 03.07.2025

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanda saat 19:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21,  Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->