Xəbər lenti

İdman 14:00 19.12.2023

"Mançester Siti"nin ulduzunun evinə oğru girdi

Uzun müddətdir zədəsini sağaltmağa hazırlaşan "Mançester Siti"nin belçikalı ulduzu Kevin De Brüne xoşagəlməz halla üzləşib.

Qaynarinfo-nun məlumatına görə, şənbə günü ulduz futbolçunun evinə oğru girib. 
 
Oğurluq əməliyyatı zamanı De Brüne, həyat yoldaşı Mişel və üç övladının evdə olmayıb. Bəzi əşyaların oğurlanmasına başxmayaraq hadisə ilə bağlı ətraflı məlumat verilmir.

Belçikanın HLN xəbər kanalında oğruların Heusden-Zolder əyalətinin Bolderberq şəhərindəki mülkün birinci mərtəbəsinə nərdivanla çıxdıqları qeyd edilib. 32 yaşlı futbolçu 2015-ci ildə 70 hektar torpaq sahəsi alıb və 2019-cu ilin fevralında təbii ağ daşdan villa tikib. De Bruynenin evində üzgüçülük hovuzu, cakuzi və basketbol meydançası da olduğu bildirilir.

Futbolçu ötən həftə "Mançester Siti"nin "Kristal Palas"la 2:2 bitən oyundan sonra klublararsı dünya çempionatı üçün Səudiyyə Ərəbistanına uçmuşdu.  Onun Çeşirdə yerləşən və oğrular tərəfindən soyulan evdə arabir ailəsilə qaldığı bildirilir. 

De Brüne dizindəki problem səbəbiylə əməliyyat olunub və qısa müddətdə yaşıl meydanlara dönməyə hazırlaşır. Yeni ildə meydana qayıdacağı gözlənilən ulduz futbolçu komandasının ötən mövsümü üç böyük kubokla başa vurmasında çox mühüm rol oynayıb. O, Premyer Liqanın ən çox qazanan oyunçusudur və həftəlik məvacibi təxminən 425.000 funt-sterlinqdir. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->