Xəbər lenti

Dünya 22:49 10.02.2024

Maya Sandu: "Moldovanın neytrallıq statusu yalnız Rusiya tərəfindən pozulur"

Moldova prezidenti Maya Sandu yaxın bir neçə ildə Dnestryanıdakı vəziyyəti həll etmək üçün geosiyasi imkanın olacağını istisna etməyib və burada problemin rus qoşunlarının olması olduğunu qeyd edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Point" məlumat yayıb.

"Biz görürük ki, Kreml qulluqçuları burada səhərdən axşama kimi Moldovanın neytrallığından narahat olduqlarını bildirirlər. Lakin Moldovanın neytrallıq statusu müstəsna olaraq Rusiya Federasiyası tərəfindən pozulur. Heç bir başqa ölkə neytrallığı pozmur", deyə Sandu bildirib.

O, Kişinyovun məqsədinin ölkədə həm sülhü, həm də sabitliyi qorumaq olduğunu və hökumətin problemləri tədricən, çox səs-küy olmadan həll etməyə çalışdığını vurğulayıb:

"Sol sahilin sakinləri də sülh içində yaşamaq istəyirlər, indi qorxurlar, çünki region Ukrayna ilə həmsərhəddir. Biz Avropaya inteqrasiyanın təsirlərini nümayiş etdirəcəyik və mən onların Avropaya inteqrasiyadan necə imtina edə biləcəklərini təsəvvür edə bilmirəm".

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?