Xəbər lenti

Ölkə 16:05 29.04.2022

Mehriban Əliyeva yanğının söndürülməsində iştirak edən dövlət qurumlarına təşəkkür etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Sumqayıtda "Azərsun Sənaye Parkı”ndakı yanğının söndürülməsində iştirak edən dövlət qurumlarının əməkdaşlarına minnətdarlıq edib.

Qaynarinfo xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi instaqram səhifəsindəki paylaşımında deyilir:

"Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->