Xəbər lenti

Meqan Markl uzun illərdən sonra ilk dəfə Britaniyaya qayıdır
Dünya 16:07 12.01.2026

Meqan Markl uzun illərdən sonra ilk dəfə Britaniyaya qayıdır

Şahzadə Harrinin xanımı, aktrisa Meqan Markl son dörd ildə ilk dəfə Böyük Britaniyaya səfər edəcək və Birmingemdə keçiriləcək "Invictus Games" ("Məğlubedilməzlər Oyunları”) tədbirində iştirak edəcək.

Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, Meqanın səfəri yalnız cütlüyün Böyük Britaniyada silahlı polis mühafizəsi hüququnun bərpa edilməsi şərti ilə mümkündür. Hələlik uşaqları - şahzadə Arçe və şahzadə Lilibetin onlara qoşulub-qoşulmayacağı məlum deyil.

Keçən ilin may ayında şahzadə Harri Kral və VIP İcra Komitəsinə qarşı məhkəmə işində uduzmuşdu. Bu komitə, onun kral ailəsinin işləyən üzvü kimi vəzifələrindən imtina etdikdən sonra vergi ödəyicilərinin hesabına qorunma hüququnu ləğv etmişdi. O vaxtdan bəri şahzadə Britaniya polisinə ən azı 30 gün əvvəl xəbər verməli və fərdi təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi üçün sorğu göndərməlidir.

Məhkəmədə uduzduqdan sonra Harri vəziyyəti özünün, Meqanın və uşaqlarının təhlükəsizliyi üçün təhlükəli hesab etdiyini bildirmiş və qərarı ədalətsiz adlandırmışdı. Eyni zamanda daxili işlər naziri ilə tam risk qiymətləndirməsinin aparılması üçün müraciət etmişdi. Britaniya mətbuatının məlumatına görə, şahzadənin ətrafındakılar qərarı yenidən gözdən keçirməsini ümid edirlər.

Qeyd olunur ki, Meqan Markl əvvəlki illərdə "Invictus Games"i fəal şəkildə dəstəkləyib – o, yarışlara Kanadada qatılıb, həmçinin Vanlouver, Uistler və Düsseldorfda təşviqat tədbirlərində iştirak edib. Sonuncu dəfə Böyük Britaniyada 2022-ci ilin sentyabrında, kraliça II Elizabetin dəfnində olub. Onun uşaqları həmin ilin iyunundan bəri ölkəyə gəlməyiblər.

Aydın
--> -->