XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Mərdəkanda faciə: AzTV-nin əməkdaşı dənizdə batdı (FOTO)
Ölkə20:55 12.08.2026

Mərdəkanda faciə: AzTV-nin əməkdaşı dənizdə batdı (FOTO)

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Məqsəd Əlisahib oğlu Məmmədli dənizdə batıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, onun meyiti ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə aşkarlanıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, dənizdə batan 35 yaşlı Məqsəd Məmmədli Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı olub.

Hadisənin təfərrüatı araşdırılır.