Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov vəfat edib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Xalq yazıçısı Natiq Rəsulzadə sosial şəbəkə hesabında məlumat verib.
O qeyd edib ki, Murad Yagizarov uzun sürən xəstəlikdən sonra bu gün Almaniyada vəfat edib.
Qeyd edək ki, Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb. 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Onlarla Azərbaycan filmində müxtəlif baş və ikinci dərəcəli obrazları canlandırıb.
O, 1974-cü ildə SSR Əməkdar artisti, 1982-ci ildə SSR Xalq artisti adı alıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.
Murad Yagizarov "Arşın mal alan", "Ulduz", "Uzaq sahillərdə", "Ögey ana", "Bir cənub şəhərində" və s. filmlərdə unudulmaz obrazlar yaradıb.
Şərhlər