Model Jizel Bündhen ciu-citsu məşqçisi Yoahim Valente ilə gizlicə evlənib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six" məlumat verib.
Toy mərasimi modelin Floridadakı evində, az sayda ailə üzvü və dostun iştirakı ilə baş tutub. Mərasimdən sonra supermodel Braziliyaya uçub. Cütlük toydan heç bir şəkil dərc etməyib.
5 fevralda TMZ tabloid Jizel Bündhenin üçüncü dəfə ana olduğunu bildirib. Nəşrin mənbəsi doğum tarixini və yerini açıqlamayıb. Model daha sonra körpə ilə şəklini paylaşıb, lakin üzünü gizlədib.
Qeyd edək ki, supermodel Amerikan futbolu oyunçusu Tom Bradi ilə 13 illik evliliyini 2022-ci ilin oktyabrında bitirib.
Aydın
Şərhlər