Xəbər lenti

Məşhur şirkətin rəhbəri keçmiş arvadına 1 milyard dollardan çox pul ödəyəcək
Dünya 17:21 30.05.2024

Məşhur şirkətin rəhbəri keçmiş arvadına 1 milyard dollardan çox pul ödəyəcək

Seul Ali Məhkəməsi Cənubi Koreyanın ikinci ən böyük şirkəti olan "SK Group"un rəhbəri Çoi Tae-vonu keçmiş həyat yoldaşı No So-yeona 1,38 trilyon Koreya vonu (1 milyard dollar) ödəməyə məcbur edib. 

Qaynarifno "The Korea Times"a istinadən xəbər verir ki, bundan əlavə, iş adamı keçmiş həyat yoldaşına 1,5 milyon dollar məbləğində uşaq dəstəyi ödəməli olacaq.

"SK Group"un rəhbəri həyat yoldaşı ilə boşanmaq üçün 6 ildən artıqdır ki, məhkəməyə müraciət edib. Boşanma qərarına səbəb Çoi Tae-vonun başqa qadından övladı olduğunu etiraf etməsi olub. Ancaq illər keçdikcə ər-arvad boşanmanın maliyyə şərtləri ilə razılaşa bilməyiblər və daim məhkəmədə olublar.

Çoi Tae-von "SK Group"un 17,7%-nə sahibdir. Əvvəlcə No So-yeon ərinin "SK Group"a sahib olan "SK Holding"dəki payının yarısını (hazırkı bazar kapitalı 6,3 milyard dollardır) və təxminən 220 min dollar məbləğində aliment tələb edib. Sonra No So-yeon Ali Məhkəmədə iddia qaldıraraq, "SK Group"un aktivlərinin dəyərinin artmasına və ərinin idarəetmə fəaliyyətinin effektivliyinə əhəmiyyətli töhfə verdiyini təkid edib. Cənubi Koreyanın keçmiş prezidenti Roh Dae Vu-nun qızı olan qadın, atasının ərinin atası olan "SK Group"un keçmiş rəhbərinə himayədarlıq etdiyini və bunun da şirkətin biznesinin uğuruna töhfə verdiyini bildirib.

Ali Məhkəmə bunu nəzərə alıb. Həmçinin nəzərə alınıb ki, ilk məhkəmədən sonra Çoi Tae-von həyat yoldaşını maddi dəstəkdən tamamilə məhrum edib və ona hörmətsizliklə yanaşmağa başlayıb. Məhkəmə "SK Group" səhmlərini ər-arvad arasında bölünməli olan birgə mülkiyyəti kimi tanıyıb, həmçinin ailənin dağılması nəticəsində dəymiş mənəvi ziyanı nəzərə alaraq alimentin məbləğini artırıb. Seul birjasında "SK Inc."in səhmləri məhkəmə qərarının elanından sonra 9% bahalaşıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->