Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisi ilə oyun öncəsi stadionda baş verən iğtişaşlara münasibət bildirib.
Qaynarinfo AS-a istinadən xəbər verir ki, ulduz futbolçu polislərin insanları döydüyünü deyib.
"Polislərin insanları döydüyünü gördük, ailələrimiz tribunalarda idi. Eyni hadisə Libertadores Kubokunun finalında da baş verib. Futbolçular tribunada baş verənlərdən daha çox narahat idilər və fikrlərini oyuna cəmləyə bilmirdilər. Biz vəziyyəti sakitləşdirmək üçün oyuna davam etdik", deyə Messi bildirib.
Qeyd edək ki, Rio-de-Janeyrodakı "Marakana" stadionundakı matı ötən axşam baş tutub və Argentinanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Arenada yaranan iğtişaşlar səbəbindən oyunun start fiti gecikib. Messi komandasını meydandan çıxarıb, lakin yarım saatdan sonra argentinalı futbolçular meydana qayıdıblar.
Aydın
Şərhlər