XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Birol Akgün Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət etdi (FOTO)
Siyasət11:11 15.09.2026

Birol Akgün Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət etdi (FOTO)

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Qafqaz İslam Ordusunun Bakını düşmən işğalından azad etməsinin 108-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Tədbirdə Türkiyə səfirliyinin əməkdaşları, hərbi attaşelik, müşavirlər, aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak ediblər.

Birol Akgün mərasim çərçivəsində Türk şəhidliyinin önünə əklil qoyub, şəhid məzarlarına qərənfillər düzüb və xatirə kitabına ürək sözlərini yazıb.