Xəbər lenti

Dünya 16:34 24.04.2024

Məxfi Xidmət Trampın həbs olunacağı təqdirdə onu qorumaq planını müzakirə edir

ABŞ-ın keçmiş prezidentlərini qoruyan ölkənin Məxfi Xidməti keçmiş prezident Donald Trampın istintaq təcridxanasına salınacağı təqdirdə necə işləyəcəklərinə dair plan hazırlayır. Məlumata görə, xüsusi xidmət orqanın əməkdaşları artıq bu mövzuda bir neçə görüş keçiriblər.

Qaynarinfo xəbər verir ki, bu barədə ABC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məxfi Xidmət hakimin eks-prezidenti məhkəmə binasındakı saxlama kamerasına yerləşdirəcəyinə inanmır, lakin onlar "gözlənilməz hallar zamanı” tədbirlər planlaşdırırlar. Aydınlaşdırılır ki, Trampın təqsirli bilinərək həbs cəzasına məhkum ediləcəyi təqdirdə nə edəcəyi hələ müzakirə olunmayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->