XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Millimizin 3 futbolçusu Türkiyə klubu ilə müqavilə müddətini uzatdı
İdman11:04 21.08.2026

Millimizin 3 futbolçusu Türkiyə klubu ilə müqavilə müddətini uzatdı

Azərbaycan millisinin 3 futbolçusu - Xanım Əsədova, Ayşən Salamzadə və Alina Nəhmədova Türkiyənin I Liqa təmsilçisi "Qaziantep Safir" klubu ilə müqavilə müddətini uzadıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər 3 oyunçu ilə yeni müqavilənin müddəti 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.